AZ

Zəngəzur dəhlizi ilə bağlı kritik plan üzə çıxdı – Paşinyan detalları açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ ilə razılaşdırılan yeni regional layihənin detalları barədə açıqlama verib.

Paşinyan seçicilərlə görüşü zamanı ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı çərçivə sazişindən danışıb.

Baş nazir bildirib ki, mayın 26-da İrəvanda paraflanan sənəd maksimum bir ay ərzində tam şəkildə imzalanacaq. Onun sözlərinə görə, layihənin əsas hissəsini Meğri dəmir yolunun yenidən işə salınması təşkil edir.

Paşinyan qeyd edib ki, bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla dəmir yolu əlaqəsini bərpa edə biləcək. Ermənistan isə uzun illərdən sonra ölkənin şimal və cənub hissələrini Sünik üzərindən birləşdirmək imkanı əldə edəcək.

Ermənistan baş naziri əlavə edib ki, layihə regional nəqliyyat və logistika imkanlarını genişləndirəcək, həmçinin bölgədə iqtisadi əlaqələrin güclənməsinə təsir göstərəcək.

Musavat.com

Seçilən
10
1
editor.az

10Mənbələr