AZ

Partiyası kansler Mertsn mümkün istefasını müzakirə edir

Almaniyada Xristian Demokrat İttifaqı (XDİ) kansler Mertsin mümkün istefasını müzakirə edir.

Musavat.com “Bild” nəşrinə istinadla xəbər verir ki, kansler Mertsin dəyişdirilməsi üçün Bundestaqda konstruktiv etimadsızlıq səsverməsi yolu ilə başlana bilər.

Nəşrin məlumatına görə, XDİ kanslerin mümkün istefasını sakitcə müzakirə edir:
müzakirələr kiçik, qapalı söhbət otaqlarında aparılır. İştirakçılar detalların mətbuata sızmasından qorxurlar.

Mertsin mümkün varisləri arasında Şimali Reyn-Vestfaliyanın baş naziri Hendrik Vüst, Hesse rəhbəri Boris Reyn və Saksoniyanın baş naziri Mixael Kretşmer var.

Qeyd olunur ki, hökumət başçısının dəyişdirilməsi üçün rəsmi prosedur Bundestaqda konstruktiv etimadsızlıq səsverməsi yolu ilə mümkündür.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr