AZ

Tramp İranla Venesuelanı SƏHV SALDI

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki Amerika əməliyyatından danışarkən Venesuela ilə İranı səhv salıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, o, açıqlamasında Latın Amerikası ölkəsinin nə donanmasının, nə də aviasiyasının qalmadığını bildirib.
 

"Venesuelanın artıq nə hərbi-dəniz donanması, nə də hərbi-hava qüvvələri var. Ölkəni çox acınacaqlı nəticələrə aparan həmin insanların çoxu da artıq yoxdur", – deyə Tramp hökumətin iclasında əslində İranı nəzərdə tutaraq qeyd edib.


Bundan əvvəl isə Tramp Ukraynanın hərbi məğlubiyyətə uğradığını bəyan etmişdi. Lakin Ağ Ev rəhbəri öz nöqteyi-nəzərini sübut etmək üçün İranın itkiləri barədə məlumatlara istinad etdiyini bildirmişdi.

Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr