AZ

Çindən Yaponiyaya xəbərdarlıq: Yenidən silahlanma narahatlıq yaradır

ain.az bildirir, Baku.ws portalına istinadən.

Çin Yaponiyanın hərbiləşmə siyasətini tənqid edərək, Tokionun beynəlxalq ictimaiyyətin narahatlığını nəzərə almalı olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, Yaponiya son illərdə hərbi xərclərini davamlı şəkildə artırır, ölümcül silah ixracına qoyulan məhdudiyyətləri yumşaldır və uzunmənzilli raketlərin yerləşdirilməsi istiqamətində addımlar atır.

Mao Nin həmçinin Yaponiyanın "əks-hücum imkanları" adı altında hücum potensialını genişləndirdiyini, böyük həcmdə həssas nüvə materialı topladığını və "sülh konstitusiyası"na dəyişikliklərlə bağlı təşəbbüslər irəli sürdüyünü deyib.

Çin rəsmisi Tokioya tarixdən dərs çıxarmağa, sülh öhdəliklərinə sadiq qalmağa və Asiya ölkələrinin etimadını qazanmaq üçün konkret addımlar atmağa çağırış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
baku.ws

3Mənbələr