Uqanda hakimiyyəti “Ebola” qızdırmasının yayılma riskini azaltmaq məqsədilə Demokratik Konqo Respublikası (DKR) ilə sərhədi dərhal bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "X" hesabında məlumat yayıb.
Qeyd olunub ki, epidemiyaya qarşı mübarizə qrupları, humanitar əməliyyatlar, ərzaq və yük daşımaları, həmçinin təhlükəsizlik xidmətinin əməkdaşları üçün istisnalar nəzərdə tutulub.
Ölkəyə daxil olan və çıxan bütün şəxslər tibbi müayinədən keçməli və gedəcəkləri yeri göstərən anketləri doldurmalıdırlar.
Demokratik Konqo Respublikasından Uqandaya qayıdan şəxslər Səhiyyə Nazirliyinin və rayon epidemioloji nəzarət qruplarının nəzarəti altında 21 gün ərzində özünütəcrid (karantin) rejimində qalmalı olacaqlar.
Bizim.Media