“McDonalds” restoranlar şəbəkəsinin birində müştəri şikayəti qeydə alınıb. Sosial şəbəkədə paylaşım edən vətəndaş sifariş etdiyi toyuq qanadlarının bişirilmə vəziyyətindən narazılıq edib.
" McDonalds-da bu nə biabırçılıqdır? Bunu yemək olar?", - deyə o qeyd edib.
Yayılan görüntülərdə məhsulun tam bişmədiyi, ətin iç hissəsinin çiy qaldığı əks olunub.
Bakupost.az
Tarix: 27 May 2026, 20:14