ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti: “İnanıram ki, Netanyahu kimi tanınan tiran dünya müsəlmanları tərəfindən lazımi dərsi alacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə çıxışında İsrail Baş naziri Benyamin Netanyahunu sərt tənqid edib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İstanbulun Çamlıca məscidində bayram namazından sonra Ərdoğan deyib ki, “dünya müsəlmanlarını Netanyahuya dərs verməlidirlər”.
O Qəzza zolağındakı vəziyyətin Türkiyədə və digər yerlərdəki möminlər üçün bayramın üzərinə kölgə saldığını söyləyib.
"Mən həmçinin inanıram ki, Netanyahu kimi tanınan tiran dünya müsəlmanları tərəfindən lazımi dərsi alacaq", - Türkiyə lideri vurğulayıb.
Ərdoğan Qurban bayramını "kədər, ağrı və dərin kədər" içində qeyd edən fələstinlilərə dəstəyini ifadə edib. O dini bayramlardan birlik və həmrəyliyi gücləndirmək üçün istifadə etməyə çağırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.