AZ

Mourinyu Arda Gülərin "Real"dakı gələcəyi ilə bağlı qərarını verdi

"Real Madrid"in baş məşqçisi vəzifəsinə qayıtması gündəmdə olan Joze Mourinyu artıq "Kral Klubu"ndakı işi üçün strategiya hazırlayır.

Portuqaliyalı çalışdırıcı türkiyəli yarımmüdafiəçi Arda Güləri komandanın əsas fiqurlarından birinə çevirməyi planlaşdırır.

"Dario Sport"un məlumatına görə, Mourinyu hətta 21 yaşlı türkiyəli yarımmüdafiəçi ilə şəxsən əlaqə saxlayaraq onun taktiki sxemlərdəki gələcək rolunu ətraflı şəkildə izah edib.

Xatırladaq ki, Gülər ​​2023-cü ilin yayından Madrid nəhənginin oyunçusudur. Onun "Real"la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədərdir. Oyunçunun bazar dəyəri hazırda 90 milyon avro olaraq qiymətləndirilir./fanat.az/

Seçilən
1
3
musavat.com

4Mənbələr