AZ

Ermənistanın Rusiyadan qopmağa DÖVTü varmı?

Kremlin sözçüsü Dmitri Peskovun jurnalistlərə son açıqlamasından belə anlaşılır ki, Astanada sabah başlayacaq toplantıda Ermənistanı Avrasiya İqtisadi İttifaqından qovmayacaqlar. (Zatən, təşkilatın belə bir səlahiyyəti yoxdur). Peskov əminliklə “Ermənistan Avrasiya İqtisadi Birliyinin bir hissəsi olaraq qalacaq” deyib, qazın qiymətinə gəlincə, bunu İrəvanla "Qazprom" arasında “kommersiya məsələsi” kimi dəyərləndirib.

Paşinyanın özünün gəlməməsini(onu müavini təmsil edəcək)dünənədək sayğısızlıq hesab edən Kreml sözçüsünün dili ilə indi “ölkənin bütün yüksək rəhbərliyi seçki kampaniyası ilə məşğuldur, bu başa düşüləndir” deyir.


Армения

Bu açıqlamalarda diqqət çəkən Rusiyanın son günlər artan hədə ritorikasının xeyli yumşaldığı bəlli olur. Bu yumşalmanın arxasındakı səbəbi anlamaq çətin deyil. Dünəndən Kremlə yaxın bütün media Rusiyanın energetika naziri Sergey Tsivilevin Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi xəbərdarlıq məktubunu tirajlayırlar. Məktubda rusiyalı nazir Ermənistana qaz, neft məhsullarının, eləcə də xam almazın ixracının dayandırılacağı barədə xəbərdarlıq edilib. Bildirilir ki, müqavilə ləğv olunarsa, Ermənistan Rusiya tərəfinə hətta kompensasiya ödəməli olacaq və ya ödənilməmiş məbləğlər Ermənistanın Rusiyaya dövlət borcu kimi qəbul edilə bilər. Ermənistan heç bir bildiriş və ya xəbərdarlıq məktub almadığını elan edib.(Mariya Zaxarova da bu gün belə bir xəbərdarlıq edildiyini təsdiqlıyib).

İrəvanın bu reaksiyası təəccüblü deyil. Erməni hökuməti deməyəcəkdi ki, “bəli, belə bir “qara məktub” almışıq, hətta qorxmuşuq da,çünki bizim bu itkiləri kompenasiya etməyə məşhur tamaşada deyildiyi kimi DÖVTümüz-yəni dövlət təminatımız yoxdur”. Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, “halva-halva(Avropa Birliyinə üzvlük) deməklə ağız şirin olmaz”. Texniki olaraq, qazın İran vasitəsilə ixracı mümkündür, lakin qiymətlər erməni istehlakçının öyrəşdiyi rəqəmdən xeyli baha olacaq. Avropa Birliyi qollarını çırmalayıb ortaya düşsə də, Ermənistanı bu iqtisadi zavaldan(həm də zibildən) xilas edə bilməz.

Erməni fermerləri və sahibkarları may sanksiyalarından ciddi narahatdırlar, Rusiya onlar üçün ən vacib bazardır. Ermənistan mallarına- güllər, tərəvəzlər, meyvələr, mineral sular və konyaka qoyulan məhduduyyətlər öz təsirini göstərməkdədir. Ermənilər Rusiyaya mal satıb pulunu Avropa Birliyi ölkələrində keyfə xərcləməyi düşürdürlərsə, Moskva buna imkan verməz. Bunu Rusiyanın məktubu olmadan da “Norxoz”u “2” qiymətlə oxumuş iqtisadçı analiz edə bilirsə, deməli, Ermənistanda da orta məktəb şağirdi anlayır ki, ölkəsinin iqtisadi potensialı nə qədərdir.


Picture

Ermənistanın özünü Avropa Birliyi üzvlüyünə hazır görməsi bu xalqın hələ də illüziyalarla yaşadığını göstərir. İllərlə özlərini dünyanın qədim sivilizasiya, xalqı hesab edib “Böyük Ermənistan” kimi axmaq ideyanın arxasınca düşdülər, işğalçı planlar qurdular. Cəzalanmaları uzun çəkdi, amma haqq etdikləri cavabı aldılar. Guya nə möcüzə baş verib ki, bu xalq qısa zamanda dəyişdi, üstün insan amalları və dəyərləri üçün Avropa Birliyi ailəsinə qoşulmaq istədilər ? Rusiyanın regionda jandarmı rolunu üzərinə götürən ermənilər, indi Putin “Rusiyadan boşanmaq istəyirlər” fikrindən inciyirlər. Halbuki çox da uzaq olmayan tarixdə onlara güvənib tarixi torpaqlarımızda qondarma “respublika” qurmuşdular.

Yaxşı, deyək ki, ermənilər özlərinə vurğunluq xəstəsidirlər, bəs bu iqtisadi potensialı olmayan ölkə Avropa Birliyinin nəyinə lazımdır? Dənizə çıxışı, Avropa Birliyinin heç bir ölkəsi ilə də ortaq sərhədi olmayan Ermənistan Avropa Birliyinin nəyinə lazımdır? Bu sualın da cavabı bəllidir. Rusiyaya qarşı dursunlar, heç olmasa aranı qatıb, gərginlik yaratsınlar. Gürcüstan Qərbin provakasiyasına uyub, Rusiyaya qarşı savaşda 5 gün duruş gətirdi. Ona görə Ukrayna üzərindən bu oyun quruldu, onlar 5 ildir davam gətirirlər. Çünki həm iqtisadi müqaviməti, həm də ordu olaraq potensialı vardı. Xub, Rusiyaya qarşı çıxmaq indi böyük cəsarət tələb etmir, Paşinyana alqış. Amma “bir sanksiyalıq, xəbərdarlıqlı canın” varsa, bu oyunun mənası nədir?
Rusiyanın müstəqil dövlətləri ən müxtəlif üsullarla, xüsusilə də iqtisadi şantajla təhdid etməsi Moskvanın ənənəvi siyasətidir. Ermənistan da müstəqil dövlət kimi öz seçimini etməkdə sərbəst olmalıdır. Amma Rusiyanın indiki reaksiyası “su boğaza çıxanda meymun da balasını ayağı altına qoyur” məsələni yada salır.

Nazim SABİROĞLU,
Musavat.com 

Seçilən
12
38
musavat.com

10Mənbələr