Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək uğrunda son iştirakçının adına aydınlıq gəlir.
Fanat.Az xəbər verir ki, bu məqsədlə keçiriləcək pley-off matçında başa çatan mövsümdə I Liqanı 9-cu yerdə bitirən "Şimal" ilə II Liqanın ikincisi olan "Qaradağ Lökbatan" münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşma Şamaxıda baş tutacaq. Saat 16:00-da başlayacaq oyunu FİFA referisi Kamal Umudlu idarə edəcək. VAR sisteminin fəaliyyətdə olacağı görüş "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan I Liqası
Pley-off oyunu
27 may
“Şimal” – “Qaradağ Lökbatan” 0:1 (2-ci hissə)
Qol: Rövşən Şahmuradov, 75
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu.