AZ

Polislər elə bir əməliyyat keçirdilər ki... - FOTO

Tailandda polis əməkdaşları narkotik alverçisi olduğu iddia edilən şəxsi saxlamaq üçün qeyri-adi üsula əl atıblar.

Musavat.com xəbər verir ki, ölkənin şərqində keçirilən küçə festivalı zamanı bəzi polis əməkdaşları parlaq və qadın rəqqasələrə bənzər geyimlərdə əməliyyata qatılıb.

Məlumata görə, şübhəli şəxs məhz festival zamanı saxlanılıb. Onun üzərindən 53 ədəd metamfetamin həbi, narkotik maddələrin qablaşdırılması üçün 200-dən çox paket və qanunsuz onlayn kazino hesabına giriş olan mobil telefon aşkarlanıb.

Musavat.com

Seçilən
19
2
musavat.com

3Mənbələr