2026/2027-ci illər mövsümü üzrə 2-ci iqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Biləsuvar” – “Ağstafa Gəncləri” matçı 29 may saat 16:00-da başlayacaq. Qarşılaşma Yevlax şəhər stadionunda keçiriləcək.
Oyunda VAR sistemi tətbiq olunacaq. Görüş Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
II Liqa uğrunda pley-off oyunu
29 may
16:00. “Biləsuvar” – “Ağstafa Gəncləri”
Yevlax şəhər stadionu