Gəncədə yanğın olub.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.