AZ

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir.

Təyyarədə iki ekipaj üzvü olub.

Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.

Seçilən
20
8
anews.az

10Mənbələr