Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Berlin, 27 may, AZƏRTAC
Azərbaycan bizim üçün təkcə regionda deyil, ümumilikdə çox mühüm tərəfdaşdır. Bizim Azərbaycanla uzun müddətdir çox yaxşı münasibətlərimiz var və əlbəttə, Ermənistanla sülhün əldə olunması ilə regionun təqdim etdiyi imkanları da görürük. Biz bunu dəstəkləyirik. Bu, hər iki tərəfdən böyük cəsarət tələb edir, həqiqətən də hərtərəfli dəstəyə layiqdir. Almaniya buna hazırdır və Azərbaycanda əlavə imkanlar da görür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq Azərbaycan mediasına müsahibəsində deyib.
Azərbaycanın Avropa və Almaniya İttifaqı ilə münasibətlərinin perspektivlərinə toxunan K.İsranq bildirib: “Almaniya ilə Azərbaycan, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq kifayət qədər yaxındır. Lakin bu əlaqələri daha da gücləndirmək üçün daha böyük potensial mövcuddur. Regionda sülh istiqamətində atılan addımlar isə bu münasibətlərin daha böyük fəallıqla inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradır. Düşünürəm ki, hamımız bu imkandan birlikdə yararlanmaq istəyirik”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.