AZ

Ağsuda silsilə oğurluqlar edən şəxs həbs olundu



Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Seçilən
0
8
baki-xeber.com

10Mənbələr