AZ

Peskov: “Ermənistanın aldığı qaz göydən düşmür”

“Ermənistanın aldığı qaz subsidiyaları Rusiyadan yardımdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

"Subsidiya həmişə subsidiyadır. Yəni ermənilərin aldığı subsidiya həmişə başqasının hesabınadır, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, həqiqətən də Ermənistanın inkişafına verdiyimiz töhfədir", - deyə Kremlin sözçüsü vurğulayıb.

"Bu, qardaş ölkədir, belə də olub və belə də qalacaq. Amma bu, bizim hesabımızadır, biz hər şeyi öz adıyla adlandırmalıyıq. Bu, Ermənistana etdiyimiz yardımdır", - deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Peskov qeyd edib ki, avropalılara qaz 500-700 dollara satıldıqda, heç kim onlara öz hesabına kömək etmir. "Amerikalılar avropalılara öz hesabına, böyük xərclə kömək edirlər", - deyə o, bildirib.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr