AZ

Mançester Siti ni tərk etməyi planlaşdırır

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Siti" Niko Qonzales oyun praktikasının azlığı səbəbindən klubdan ayrılmağı düşünür. 

Sportal.az “The Times”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu start heyətindəki yerini itirməsindən məyusdur və buna görə də bu yay klubdan ayrıla bilər. 

İspaniya və İtaliya klubları Qonsalesə maraq göstərirlər. Bu mövsüm ispan futbolçu bütün yarışlarda 41 oyunda meydana çıxıb və iki qol vurub. 

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur. 2002-ci il təvəllüdlü futbolçu “Barselona”, “Valensiya” və “Porto”da oynayıb.

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
2
sportal.az

4Mənbələr