AZ

"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı

style='margin-bottom:10px;'>

"Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

QOL.az xəbər verir ki, əsas hədəflərdən biri kimi "Atletiko"nun argentinalı hücumçusu Julian Alvarezi görür.

Kataloniya təmsilçisi 26 yaşlı oyunçu üçün təklif göndərib. Klub qarşı tərəfə Ferran Torresi və 70 milyon avro təklif edib.

Bildirilib ki, Alvarez öz növbəsində bu transferə razıdır və hətta klubu ilə yeni müqavilə danışıqlarını təxirə salıb. Lakin "Atletiko" "Barselona"nın təklifinə rədd cavabı verib. Madrid təmsilçisi futbolçusu ilə yolları ayırmağa tələsmir.

Qeyd edək ki, Alvarez bu mövsüm 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr