AZ

İrəvandan cavab: Rusiya ilə qaz və neft sazişinin ləğvi xəbəri ORTALIĞI QARIŞDIRDI

Ermənistan Rusiya ilə qaz, neft məhsulları və emal olunmamış almaz tədarükünə dair sazişin mümkün ləğvi ilə bağlı yayılan məlumatları rəsmən təkzib edib.

Musavat.com xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi dövlətin "Armenpress" agentliyinə verdiyi açıqlamada Moskvadan bu barədə hər hansı rəsmi məktub və ya bildiriş almadıqlarını bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın nüfuzlu "Kommersant" qəzeti sensasion məlumat yayaraq, sözügedən nazirliyə Rusiya Energetika naziri Sergey Tsivilevin adından rəsmi məktub göndərildiyini yazmışdı. İddialara görə, həmin məktubda Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı kursunu davam etdirəcəyi təqdirdə, rəsmi Moskva tərəfindən sazişin dayandırıla biləcəyi və ya birtərəfli qaydada ləğv ediləcəyi barədə ciddi xəbərdarlıq yer alıb.

Musavat.com

Seçilən
52
musavat.com

1Mənbələr