Ermənilər özləri hansı birliyə-Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidirlər.
Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Ermənistan qanunvericiliyi İrəvanı Avropa İttifaqına istiqamət götürməyə məcbur edir: “Ermənistan müvafiq qanun qəbul edib ki, bu da mahiyyət etibarilə Ermənistan hökumətini və bütün dövlət orqanlarını Avropa inteqrasiyasına istiqamətlənməyə məcbur edir”.
Kreml rəsmisi eyni zamanda vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabınadır, Ermənistan üçün isə bu, Rusiyanın töhfəsidir: "Güzəşt hər zaman kiminsə hesabınadır. Yəni, ermənilərin aldığı güzəşt hər zaman kiminsə hesabına olub, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki o, erməni xalqıdır, bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, lakin bu, bizim hesabımızadır”.
Kremlin sözçüsü Ermənistanla qaz müqavilələrinin mümkün ləğvi ilə bağlı sualı "Qazprom"a ünvanlamağı məsləhət görüb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta