AZ

Hindistandan Rusiya bəyanatı: "Silah idxalı heç vaxt dayanmayacaq"

"Hindistan Rusiya ilə uzunmüddətli və uğurlu hərbi-texniki əməkdaşlıq tarixinə malikdir və Rusiya silahlarının idxalını dayandırmaq kimi bir planı yoxdur". 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Hindistan parlamentinin yuxarı palatasının üzvü Mitileş Kumar TASS informasiya agentliyinə verdiyi müsahibədə bildirib. 

Yaxın günlərdə Rusiyaya səfər edən millət vəkili "Hindistan uzun müddətdir Rusiyadan silah satın alır, bu idxalı davam etdirir və bu prosesi heç vaxt dayandırmayacaq. 

Baş nazir Narendra Modi müstəqil siyasət yürüdür. Hindistan Fransanın "Rafale" və Rusiyanın "Su" qırıcı təyyarələri ilə yanaşı, pilotsuz uçuş aparatlarının (PUA) istehsalını da ölkə daxilində yerliləşdirməyi planlaşdırır", - deyə vurğulayıb.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr