BAKI, 27 may. TELEQRAF
Fransa Ukraynadakı vəziyyət fonunda Avropanın Rusiya ilə əlaqə kanalını saxlamasının vacib olduğunu hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad bildirib.
O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron həmişə Rusiya ilə müəyyən kommunikasiya kanalının saxlanılmasının vacibliyini vurğulayıb.
“Vaxtı gələndə Rusiya ilə öz ünsiyyət kanalımıza ehtiyacımız olacaq. Danışıqlar masasında yalnız amerikalıların olmasına imkan vermək üçün heç bir səbəb yoxdur. Çünki söhbət ilk növbədə Avropanın təhlükəsizliyindən gedir”, – deyə o bildirib.