Zənginləşdirilmiş uran məsələsi İran və ABŞ arasında gedən danışıqların gündəliyində deyil.
Leqal.info “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.
Onun sözlərinə əsasən, İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib.
“İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizmin yaradılması ilə bağlı danışıqlar aparır”, - Baqeri vurğulayıb.
O qeyd edib ki, Tehran və Vaşinqton arasında dolayı təmaslar davam edir və zənginləşdirilmiş uran danışıqların gündəliyində yoxdur.
Xatırladaq ki, Əli Baqeri Rusiyada səfərdədir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta