AZ

Paraplanla ölkəyə külli miqdarda narkotik gətirən şəxslər saxlanıldı

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kq narkotik vasitə gətirən şəxslər saxlanılıblar.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlrər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Biləsuvar rayonunda polis paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 104 ədəd psixotrop tərkibli həb aşkarlayıb.

 

Əvvəlcədən ötürülən lokasiyası vasitəsilə narkotik vasitələri əldə edən keçmiş məhkum - 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

 

Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Seçilən
29
28
senzor.az

10Mənbələr