AZ

Ermənistanı qarışdıran əməliyyat: Paşinyan onların həbsinə FƏRMAN VERDİ

Ermənistanın Arbat kəndindən olan “Güclü Ermənistan” partiyasının səkkiz tərəfdarı İrəvandakı Antikorrupsiya Komitəsinə gətirilib.

Bu barədə vəkil Yura İvanyan məlumat verib.

KONKRET.az xəbər verir ki, Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, vəkil bildirib ki, saxlanılan şəxslərlə bağlı şübhələrin mahiyyəti barədə müdafiə tərəfinə hələlik məlumat təqdim olunmayıb.

Məlumata əsasən, vəkil Tiqran Ayrapetyanın da komitə binasında müdafiə etdiyi şəxslərlə görüşməsinə icazə verilmir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Antikorrupsiya Komitəsinin seçkiqabağı kampaniya başlayandan sonra “Güclü Ermənistan” partiyasının nümayəndələrinin iştirakı ilə seçici ələ alınması ehtimalları ilə bağlı bir sıra cinayət işləri açdığı bildirilmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
37
2
konkret.az

3Mənbələr