AZ

Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

“Tengrinews” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarənin kimyəvi işlər apardığı, elektrik xətlərinə toxunduğu bildirilir.

Təyyarədə iki ekipaj üzvü olub. Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.

Seçilən
38
8
apa.az

10Mənbələr