“Milan”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç karyerasını başa vurmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Nikola Skira məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 40 yaşlı futbolçu bu qərarını 2026-cı il dünya çempionatından sonra rəsmən açıqlamağı planlaşdırır.
Modriçin “Milan”la müqaviləsini uzatmaq niyyətində olmadığı və yenidən “Real”a qayıda biləcəyi barədə iddialar da yayılıb.