AZ

Keçmiş məhkum eyni əmələ görə yenidən tutuldu - VİDEO

Ağsuda oğurluq edən şəxs həbs olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

https://t.me/oxuaze/184166

"Cebheinfo.az"

Seçilən
57
cebheinfo.az

1Mənbələr