AZ

“Sabah”ın cavanları çempionluq kubokunu aldı

Əvəzedicilər liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi baş tutub.

Sportinfo.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilmiş tədbirdə turnirin qalibi “Sabah-2” yə qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər. Ardınca “Sabah-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Seçilən
28
sportinfo.az

1Mənbələr