AZ

800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır

Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişafı üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Müraciətdə qeyd olunub: “800 milyon insan — qadınlar, uşaqlar və kişilər — ucqar kənd icmalarından şəhər gecəqondularına qədər müxtəlif məkanlarda həddindən artıq yoxsulluq şəraitində yaşamaqda davam edir”.

BMT Baş katibi bildirib ki, bu insanların vəziyyəti münaqişələr, iqlim dəyişikliyi, artan bərabərsizlik və ağır borc yükü səbəbindən daha da çətinləşir. O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilə, səhiyyəyə, davamlı kənd inkişafına və universal sosial müdafiə sistemlərinə investisiya yatırmağa çağırıb.

Antonio Quterreş, həmçinin ədalətsiz qlobal maliyyə sistemində islahatların aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə sərmayə yatırmaq üçün maliyyə resurslarına, beynəlxalq maliyyə institutlarına çıxış imkanlarına, eləcə də beynəlxalq arenada daha geniş dəstək və layiqli təmsilçiliyə ehtiyacı var.

AzPost.az

Seçilən
1
7
azpost.info

8Mənbələr