AZ

Naxçıvanda qəzada yaralanmışdı: Xəstəxanada öldü

Naxçıvan Muxtar Respjublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb.

"Cebheinfo.az" xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəzada yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.

Şahin Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.

"Cebheinfo.az"

Seçilən
32
4
cebheinfo.az

5Mənbələr