BAKI, 27 may. TELEQRAF
2026-cı il dünya çempionatının ev sahiblərindən olan ABŞ millisi turnir üçün heyətini açıqlayıb.
Teleqraf xəbər verir ki, baş məşqçi Maurisio Poçettino mundiala aparacağı 26 futbolçunu müəyyənləşdirib.
Komandanın heyətində Kristian Pulişiç, Ueston Makkenni, Tayler Adams, Folarin Baloqun və Gio Reyna kimi tanınmış futbolçular yer alıb.
Qapıçılar: Mett Friz, Mett Terner, Kris Bredi.
Müdafiəçilər: Kris Riçards, Antoni Robinson, Serjino Dest, Aleks Friman, Oston Trusti, Tim Rim, Mark Makkenzi, Maks Arfsten, Co Skalli, Maylz Robinson.
Yarımmüdafiəçilər: Ueston Makkenni, Tayler Adams, Tim Vea, Alejandro Zendejas, Malik Tillman, Brenden Aaronson, Sebastian Berhalter, Gio Reyna, Kristian Roldan.
Hücumçular: Kristian Pulişiç, Folarin Baloqun, Hacı Rayt, Rikardo Pepi.
ABŞ D qrupunda Türkiyə, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq. Ev sahibi komanda qrup mərhələsində ilk oyununu iyunun 12-də Paraqvaya qarşı keçirəcək. ABŞ - Türkiyə görüşü isə iyunun 25-də Los-Ancelesdə oynanılacaq.