“Koventri Siti”nin baş məşqçisi Frenk Lempard Məşqçilər Assosiasiyasının (LMA) versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib.
QOL.az xəbər verir ki, 47 yaşlı mütəxəssis ötən mövsüm komandası ilə Çempionşipin qalibi olub. “Koventri” ən yaxın izləyicisini 11 xal qabaqlayaraq Premyer Liqaya vəsiqə qazanıb. Klub 2000/2001 mövsümündən sonra ilk dəfə İngiltərənin yüksək liqasında çıxış edəcək.
Qeyd edək ki, Lempard apreldə də Çempionşipdə mövsümün ən yaxşı məşqçisi seçilmişdi.
Səsvermədə ingiltərəli mütəxəssis “Arsenal”dan Mikel Arteta, “Mançester Siti”dən Xosep Qvardiola, “Aston Villa”dan Unai Emeri, “Bornmut”dan Andoni İraola və digər namizədləri qabaqlayıb.
Lempardın qazandığı mükafat əfsanəvi məşqçi Aleks Ferqyusonun adını daşıyır.