

Müəllif
İlhamə Vəliqızı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılıq fəaliyyəti ilə tanış olublar.Ulusum.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva sənətkarın evində yerləşən emalatxanasında olub, onun hazırladığı dekorativ əl işlərinə baxış keçiriblər.Görüş zamanı Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar və hazırladığı dekorativ nümunələr barədə məlumat verib. Leyla Əliyeva və Arzu Əliyeva oyma prosesi ilə tanış olub, sənətkarla birlikdə əl işləri hazırlayıblar.
Diqqət Çəkənlər
Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri - DOSYE
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdam şəhərinə növbəti köç yola salınıb