AZ

Azərbaycan borclanma siyasəti üzrə dünyada bu YERDƏDİR...

Ajans.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində səsləndirib.

Nazir deyib ki, bu nöqteyi-nəzərdən dünyada ÜDM-in 20 faizinə qədər borca malik olan ölkə sayı çox azdır. Əksər ölkələrdə bunlar ÜDM-in 100 faizinə çatır. Bu borcun daxilində ən önəmli rəqəmlərdən biri isə xarici borcumuzun ÜDM-in ümumilikdə təqribən 6,3 faizi olmasıdır. Bu, ən yaxşı göstəricilərdən biridir və əgər biz ötən illə müqayisə etsək, cari ilin mayın 1-nə bizim xarici borcumuz əlavə 8 faizədək azalıb. Bu parametr nöqteyi-nəzərindən bu gün Azərbaycanın sabit göstəriciləri birmənalı olaraq nümunəvidir.

Seçilən
103
6
Ajans.az

7Mənbələr