AZ

İsrail Livanın onlarla şəhər və kəndini təxliyəyə çağırdı: Bu gündən dəhşətli hücum başlayır

Cənubi Livandakı 34 şəhərin sakinləri İsrail ordusundan orada yerləşən Hizbullah hədəflərinə qarşı hava hücumları ilə bağlı xəbərdarlıqlar alıb.

Musavat.com xəbər verir ki, xəbərdarlığı İsrail ordusunun hərbi sözçü Avichai Edri X hesabında ərəb dilində yayımlayıb:

"Şiə silahlılarının, onların obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatlarını ciddi təhlükəyə atır. Təhlükəsizliyiniz üçün dərhal ən azı 1000 metr məsafədəki şəhər və kəndləri tərk etməlisiniz".

Bir Sanasil, Qabrixa, Klaviya, Kfar Dunin, Məcdal Silm, Tulin, Sawwana və Xirbet Silm kəndlərinin sakinlərinə yaxınlaşan bombardman səbəbindən Zəhrani çayının şimal sahilinə köçmək əmri verilib.

Səhər saatlarında hərbi əməliyyatların başlamazdan əvvəl 120.000 nəfərin yaşadığı Cənubi Livanın eyniadlı qubernatorluğunun paytaxtı Nəbatiyyə sakinlərinə təcili olaraq ölkənin şimalına təxliyə olunmaq barədə bildiriş gəlib.

Qeyd edək ki, mayın 24-də İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bütün Hizbullah təşkilatlarına qarşı yeni döyüş planını təsdiqlədiyini açıqlayıb. Mayın 26-da isə Baş nazir Benyamin Netanyahu İsrail qüvvələrinin Cənubi Livanda hərbi əməliyyatlarını genişləndirdiyini və strateji əraziləri nəzarətə götürdüyünü elan edib.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr