AZ

Avropanı dron hücumu təhlükəsi ilə bağlı xəbərdar etdi

Avropa ölkələri gələcəkdə Baltikyanı ölkələrin üzləşdiyi eyni təhlükəsizlik təhdidləri ilə üzləşə bilərlər.

Azreform.info xəbər verir ki , bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Litva, Latviya və Estoniya prezidentləri ilə birgə mətbuat konfransında bildirib .

"Bu gün Baltikyanı ölkələrin üzləşdiyi dron təhdidi sabah Avropanın qalan hissəsində də baş verə bilər", - deyə o bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik sistemindəki zəif cəhətləri aradan qaldırmaq niyyətindədir. Lyayen qeyd edib ki, bu, vahid xəbərdarlıq sistemlərinin yaradılmasını və Aİ üzv dövlətləri arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Elvin
Azreform.info

Seçilən
31
2
azreform.info

3Mənbələr