Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, 28 May - Müstəqillik Günü Seulda böyük coşqu ilə qeyd olunub. Bu münasibətlə keçirilmiş tədbirə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının, siyasi, iqtisadi, elmi, mədəni dairələrin, KİV-lərin, diplomatik korpusun təmsilçiləri qatılıblar.
Bununla yanaşı, Cənubi Koreyada yaşayan Azərbaycan diasporu və bu ölkədə təhsil alan tələbələrimiz də tədbirdə iştirak etdilər.