AZ

Kuba XİN: ABŞ Kubaya təzyiq göstərməyi dayandırmalıdır

Bruno Rodriqes Parrilya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ hakimiyyətini Kubaya qarşı təzyiqləri dayandırmağa çağırıb.

Bu barədə Granma qəzeti məlumat yayıb.

“Kubanı rahat buraxmağa və onun sülh şəraitində yaşamasına imkan verməyə çağırırıq”, — deyə nazir bildirib.

Kuba XİN rəhbəri ABŞ siyasətini kəskin tənqid edərək bunun beynəlxalq hüququ pozduğunu və regional sabitliyi təhdid etdiyini vurğulayıb.

O, həmçinin Kubaya qarşı tətbiq olunan enerji blokadasının ağır nəticələrinə diqqət çəkib.

Seçilən
69
aznews.az

1Mənbələr