AZ

Rusiya İrəvanın nəfəsini kəsməyə hazırlaşır – qaz krizi qapıda

Ermənistanın Avropa İttifaqına yaxınlaşması Moskvanın sərt reaksiyasına səbəb olub.

Musavat.com xəbər verir ki, Rusiya Ermənistanı Avropa İttifaqına inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə qaz sazişini dayandırmaqla hədələyib.

Kommersant nəşrinin yaydığı məlumata görə, RF Energetika Nazirliyi Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə rəsmi məktub göndərib. Məktub Rusiya energetika naziri Sergey Tsivilyovun adından ünvanlanıb.

Sənəddə bildirilir ki, əgər İrəvan Avropa İttifaqına üzvlük istiqamətində addımlarını davam etdirsə, Moskva Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almaz tədarükü ilə bağlı sazişi birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.

Məktubda qeyd olunur:

Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük istiqamətində bəyan etdiyi kurs və Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi üzrə praktiki addımlar Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli müqavilələrin gələcəyini təhlükə altına qoyur.

Məlumata görə, nə Rusiya Energetika Nazirliyi, nə də Ermənistanın müvafiq qurumları məsələ ilə bağlı şərh verib. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan da sorğunu cavabsız qoyub.

Xatırladaq ki, 2013-cü ildə imzalanmış sazişə əsasən, Rusiya Ermənistana qaz, neft məhsulları və almaz ixracına tətbiq olunan gömrük rüsumlarını müddətsiz olaraq ləğv etmişdi. Həmin addım Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması prosesinin bir hissəsi sayılırdı.

Musavat.com

Seçilən
0
7
musavat.com

10Mənbələr