AZ

640 min dollarlıq yeni Ferrari lağ obyektinə çevrildi – bu səbəbə görə - Video

Ferrari-nin təqdim etdiyi ilk tam elektrik modeli “Ferrari Luce” sosial şəbəkələrdə geniş müzakirələrə və istehzalı reaksiyalara səbəb olub.

Musavat.com xəbər verir ki, qiyməti 640 min dollar olan yeni model bir çox istifadəçi tərəfindən əfsanəvi Ferrari avtomobillərindən çox, daha ucuz Toyota və Nissan modellərinə bənzədilib.

Məlumata görə, avtomobilin dizaynı Apple şirkətinin keçmiş baş dizayneri Conni Ayv tərəfindən hazırlanıb. Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri modelin görünüşünü Ferrari ruhundan uzaq adlandırıblar. 

Elektrikli avtomobilin texniki göstəriciləri də ciddi heyranlıq yaratmayıb. “Ferrari Luce” təxminən 450 kilometrlik yürüş ehtiyatına malikdir və 0-dan 100 km/saat sürətə 2,4 saniyəyə çatır.

İstifadəçilər xüsusilə avtomobilin xarici görünüşünü tənqid edərək, 640 min dollara Toyota görüntüsü kimi şərhlər yazıblar. Bəzi paylaşımlarda isə Tesla üçün bunun ciddi rəqib olmadığı vurğulanıb.

Musavat.com

Seçilən
3
8
musavat.com

9Mənbələr