AZ

Emirhan İlkhan “Torino” ilə yeni müqavilə bağladı – ARENA.AZ

İtaliya A Seriyasında mübarizə aparan “Torino” klubu türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan ilə müqavilənin müddətini artırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı futbolçu yeni müqaviləyə əsasən daha bir il (2027-ci ilin 30 iyununa qədər) “Torino”nun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitirdi.

Xatırladaq ki, Emirhan İlkhan “Beşiktaş”ın yetirməsidir. O, 2022-ci ilin avqust ayında İstanbul klubundan 4.5 milyon avro qarşılığında “Torino”ya keçib. Gənc futbolçu İtaliya klubunun əsas komandasında cəmi 26 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İlkhan “Torino”da olduğu müddətdə “Sampdoriya” və “Başakşəhər”də icarədə də olub.

Emirhan Türkiyənin U-16, U-18 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
1
8
arena.az

10Mənbələr