Bu gün Azərbaycanda Qurban bayramıdır.
"Yeni Sabah" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il bayram 27-28 may tarixlərində qeyd olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edir. Sezar pizza
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq, 3 gün davam edə bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bayram günləri (27-28 may) və 28 May Müstəqillik Günü üst-üstə düşdüyü üçün ardıcıl 5 gün – 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü hesab olunur.
Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Bayramınız mübarək!
Nazim Hacıyev
Telegram kanalımız