Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Demokrat.az-a verilən məlumata görə, görüş zamanı münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, son illər ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika ətrafında müzakirələr aparılıb.
Ölkələrimiz arasında tarixi və mədəni əlaqələrin mövcud olduğu qeyd edilib, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, iki ölkə arasında çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı (NAM) və Karib Hövzəsi Birliyi (CARICOM) çərçivəsində əməkdaşlıq perspektivləri və Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi barədə müzakirələr aparılıb. Ölkəmiz tərəfindən Kubaya edilən humanitar yardıma və təhsil təqaüdlərinə görə təşəkkür ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, o cümlədən Karib hövzəsində və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.


6Mənbələr
-
xalqqazeti.azCeyhun Bayramov kubalı həmkarı ilə görüşüb ( 29006983)
-
yeniazerbaycan.comCeyhun Bayramov kubalı həmkarı ilə görüşüb ( 28994527)
-
azerbaijan-news.azCeyhun Bayramov kubalı həmkarı ilə görüşüb ( 28993408)
-
hafta.azCeyhun Bayramov Kuba XİN rəhbəri ilə görüşüb ( 28991929)
-
demokrat.azCeyhun Bayramov kubalı həmkarı ilə görüşüb — FOTOLAR ( 28991734)
-
azertag.azCeyhun Bayramov kubalı həmkarı ilə görüşüb ( 28991611)