Tədbirdə Alena Əliyeva iştirak edib.
Ustad dərsi çərçivəsində gənc iştirakçılar valehedici musiqi, səs və ritm dünyası ilə tanış olublar, müxtəlif musiqi alətlərinin xüsusiyyətləri haqqında məlumat əldə ediblər və yaradıcı və interaktiv məşğələlərə qatılıblar.
Tədbirdə çıxış edən “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev deyib ki, Heydər Əliyev Fondu, xüsusən də Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara dəstəyin göstərilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, həyata keçirilən layihələr bu vacib ənənəni davam etdirməyə, uşaqların inkişafı və yaradıcı potensiallarının üzə çıxarılması üçün əlverişli mühit yaratmağa yönəlib.
H.Quliyev dəstəyə ehtiyacı olan uşaqlara göstərdiyi daimi diqqət və qayğıya görə Leyla Əliyevaya minnətdarlığını bildirib, onun təşəbbüslərinin və dəstəyinin bu cür sosial layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sevda Rəhimovanın rəhbərliyi ilə keçirilən tədbirdə uşaqlar yeni biliklərin əldə edilməsi ilə yanaşı, həm də yaradıcı və ilhamverici bir atmosferdə vaxt keçirdilər.
Proqramda, həmçinin Rəşid Behbudov adına 2 nömrəli Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri də səsləndirilib.




Demokrat.az
10Mənbələr
-
day.azAlona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə ustad dərsində iştirak edib - FOTO ( 28993378)
-
cebheinfo.azPrezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR ( 28993216)
-
poliqon.infoMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib - Foto ( 28992196)
-
redaktor.azPrezidentin gəlini xeyriyyə tədbirində FOTO ( 28991932)
-
redaktor.azPrezidentin gəlini xeyriyyə tədbirində -FOTO ( 28991857)
-
Ajans.azAlona Əliyeva uşaqlar üçün xeyriyyə tədbirində ( 28991749)
-
demokrat.azPrezidentin gəlini xeyriyyə tədbirində — FOTOLAR ( 28991542)
-
hafta.azAlona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində - FOTO ( 28991527)
-
far.azMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi ( 28991524)
-
turkic.worldMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib ( 28991434)