AZ

Bölgələrdə hələ də davam edən o adət Nəsillər risk altındadır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qohum evliliklərinin qarşısının alınması üçün müxtəlif hüquqi və maarifləndirici tədbirlər həyata keçirilir. Bu addımların əsas məqsədi genetik risklərin azaldılması və gələcək nəsillərin sağlamlığının qorunmasıdır. Lakin tətbiq edilən mexanizmlərin real nəticələri və ictimai davranışlara təsiri barədə fərqli yanaşmalar mövcuddur. Mövzu bu sahədə görülən işlərin effektivliyini qiymətləndirməyi zəruri edir.Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, qohum evliliyi ümumilikdə məqsədəuyğun hesab edilmir:"İnsanlar arasında sosial məsafə, ünsiyyət və qohumluq əlaqələri nə qədər uzaq olarsa, yeni nəsillərin sağlam formalaşması və inkişaf etməsi üçün bir o qədər əlverişli şərait yaranır. Bu baxımdan müxtəlif etnik qrupların və mədəniyyətlərin qarışığından formalaşan nəsillər daha dözümlü və davamlı ola bilir. Qohum evliliklərinin məhdudlaşdırılması müəyyən müsbət nəticələr verə bilər, lakin bunu mütləqləşdirmək də doğru deyil.Qohum evliliklərinin qarşısını almaq üçün görülən tədbirlər müəyyən dərəcədə maarifləndirməni artırsa da, tam effektiv hesab edilmir. Qanunvericilikdə məhdudiyyətlərin və tibbi-genetik məsləhətlərin tətbiqi risklər barədə məlumatlılığı yüksəldib. Lakin bəzi bölgələrdə ənənəvi düşüncə tərzi və sosial faktorlar bu tədbirlərin təsirini zəiflədir. Ümumilikdə nəticə göstərir ki, təkcə qadağalar kifayət etmir, davamlı maarifləndirmə daha vacib rol oynayır".Ekspert deyib ki, insanlarda belə evliliklərin doğura biləcəyi risklər barədə məlumatlılıq artırılmalıdır:"Qan qohumluğu nəticəsində hemofiliya və digər genetik xəstəliklərin yaranma riski daha yüksək ola bilər. Bu səbəbdən ailə qurarkən genetik uyğunluğun nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda tibbi müayinələr və genetik yoxlamalar da bu risklərin azaldılmasına kömək edə bilər. Qohum evliliklərinin azalması tendensiyası müşahidə olunsa da, bu proses tədricən baş verir və sosial dəyişikliklərlə paralel gedir", - deyə o qeyd edib.Yəni, yaxın qohumların evlənməsi gələcək uşaqlarda ağır genetik xəstəliklərin yaranmasına səbəb olduğu üçün sosioloqlar təkcə qanunla qadağaların qoyulmasını yox, insanların bu təhlükəni dərk etməsi üçün davamlı izahat işlərinin aparılmasını vacib hesab edir.Əfsanə Kamal 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
demokrat.az

2Mənbələr