Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1988-ci il təvəllüdlü Həsən həyat yoldaşı Firəngiz (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı o, arvadının boyun və baş nahiyəsinə yumruq zərbələri endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmadığını bildirib və iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş edib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
cebheinfo.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29042176)
-
demokrat.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29041762)
-
qafqazinfo.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29040766)
-
1news.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29040601)
-
teleqraf.comFTB keçmiş MKİ əməkdaşını qızıl külçələr və milyonlarla nağd pulla həbs etdi ( 29032246)
-
unikal.azPul var, rahatlıq var Neymar lüks həyatını nümayiş etdirdi ( 29020609)
-
demokrat.azDöyülən qadın ərini məhkəmədə bağışladı ( 28990705)
-
demokrat.azDöyülən qadın ərini məhkəmədə bağışladı ( 28990651)
-
demokrat.az“Zita və Gita” 50 il sonra — FOTO ( 28984510)
-
demokrat.azElnarə Rzayeva barəsində yeni hökm çıxarıldı ( 28967653)