AZ

Neymar DÇ 2026 ya qədər meydana çıxmayacaq

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq

"Santos"un hücumçusu Neymar məşq zamanı zədələnib.

QOL.az xəbər verir ki, "UOL Esporte" nəşrinin yaydığı məlumata görə, braziliyalı ulduz baldır əzələsindən xəsarət alıb. Hazırda bərpa prosesi keçən forvardın 2026-cı il dünya çempionatına qədər tam hazır olacağı və Braziliya yığmasına kömək edə biləcəyi bildirilir. Bununla əlaqədar olaraq, Neymar DÇ-2026-nın startına qədər "Santos"un heyətində meydana çıxmayacaq.

Xatırladaq ki, Neymar 2025-ci ildə azad agent statusu ilə "Əl-Hilal"dan "Santos"a keçib. Onun Braziliya təmsilçisi ilə müqaviləsi 2026-cı il dekabrına qədər qüvvədədir.

Qeyd edək ki, Neymar Braziliya milli komandasının heyətində indiyədək keçirdiyi 128 oyunda 79 qol vurmağı bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
qol.az

2Mənbələr