AZ

Xavi Avropa nəhəngini çalışdıra bilər

“Milan”ın yeni baş məşqçisinin kim olacağı ilə bağlı müzakirələr davam edir. Metbuat.az xəbər verir ki, İtaliya klubunun diqqət mərkəzinə düşən namizədlərdən biri “Barselona”nın sabiq çalışdırıcısı Xavidir. İddialara görə, ispaniyalı mütəxəssisin təyinatına klub rəhbərliyində müşavir kimi çalışan Zlatan İbrahimoviç də müsbət yanaşır.“Milan” rəhbərliyi daha çox hücum futboluna üstünlük verən məşqçi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu səbəbdən namizədlər siyahısında “Komo”nun baş məşqçisi Sesk Fabreqas və mövsümün sonunda “Bornmut”la yollarını ayıran Andoni İraola da yer alıb.

Qeyd edək ki, “Milan” daha əvvəl baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırdığını rəsmən açıqlamışdı.

Seçilən
4
4
metbuat.az

5Mənbələr